Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında bu gün Xantı-Mansiyskdə Azərbaycan qrossmeysterlərinin iştirakı ilə şahmat üzrə Dünya Kubokuna start verilir.Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Arkadi Naydiç və Nicat Abbasov təmsil edirlər.Reqlamentə əsasən, turnir 6 dairədən ibarət nokaut sistemi üzrə keçiriləcək. Onların yekunlarına görə, iki finalçı, həmçinin üçüncü yer uğrunda mübarizə aparacaq şahmatçılar müəyyən ediləcək. İlkin mərhələdə matçlar iki klassik partiyadan, əsas və təsəlliverici finallar isə, dörd oyundan ibarət olacaq. Şahmatçılar ilk 40 gediş üçün 90 dəqiqə, ardınca isə partiyanın sonunadək hər bir gedişə 30 saniyə əlavə edilməklə 30 dəqiqə vaxt əldə edəcəklər.Əgər matç heç-heçə başa çatarsa, onda qalibi müəyyən etmək üçün tay-breyk keçiriləcək. Şahmatçılar əvvəlcə rapid üzrə – 25 dəqiqəlik iki partiyada hər bir gedişə 10 saniyə əlavə edilməklə yarışacaqlar. Əgər bundan sonra qalibi müəyyən etmək mümkün olmasza, o zaman nəticələri blitsə gətirib çıxaracaq hər biri 5 dəqiqə olmaqla daha iki partiya (10 dəqiqə, hər gedişə 10 saniyə) oynanılacaq. Blitsdə də heç-heçə qeydə alınarsa, rəqiblər armageddon oynayacaqlar.Dünya Kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün isə həlledici görüşlərin tay-breyki üçün nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon, qalibə veriləcək məbləğ isə 110 min dollardır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…