Şahmat üzrə “FIDE dünya kuboku 2017”

1 Aprel 2017 07:38

Xəbər 1717 dəfə oxunub

Şahmat bəstələrinin tərtibi üzrə “FIDE dünya kuboku 2017” Azərbaycanın tanınmış şahmat bəstəçisi Kənan Vəlixanovun qələbəsi ilə başa çatıb.Azərtac xəbər verir ki, o, 23 ölkədən 65 şahmatçının iştirak etdiyi yardım mat bölməsində qalib gələrək ikinci dəfə dünya kubokunun qalibi olub.Şahmat bəstəçiliyi üzrə idman ustası və beynəlxalq dərəcəli hakim K.Vəlixanov 2013-cü ildə dünya kubokunun, 2016-cı ildə isə ümumdünya şahmat bəstəçiliyi olimpiadasının qızıl medallarını qazanıb.xeber100.com