Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turniri başa çatıb.Azərtac xəbər verir ki, son turda şahmatçılarımız Nicat Abbasov ABŞ təmsilçisi Jefferi Sionq, Rauf Məmmədov türkiyəli Mustafa Yılmaz, Eltac Səfərli yunanıstanlı İoannis Papaioannou ilə heç-heçə ediblər. Komandamızın digər üzvü Vasif Durarbəyli isə amerikalı Qata Kamskiyə məğlub olub.Turnirdə təmsilçilərimizdən ən yüksək nəticə N.Abbasova məxsusdur. O, 11 mümkün xaldan 6,5 xal toplayaraq 15-ci yeri tutub. Digər şahmatçılarımız R.Məmmədov 5,5 xalla 60-cı, E.Səfərli eyni xalla 65-ci, V.Durarbəyli isə 5 xalla 109-cu pillədə qərarlaşıb. Turnirin qalibi 8 xalla çinli şahmatçı Hao Yanq olub. O, eyni zamanda 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə əldə edib. Onunla eyni xala malik olan Fabiano Karuana ikinci, rusiyalı Kiril Alekseenko 7,5 xalla üçüncü yeri tutublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…