Şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi başa çatıb

25 İyul 2022 13:25

Xəbər 386 dəfə oxunub

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi başa çatıb.Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov turnirin rapid və blits yarışlarında iştirak edib. Şahmatçımız yekun nəticəyə görə, 15 xalla 7-ci yeri tutub.Yarışın qalibi hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (22,5 xal) olub.xeber100.com