Almaniyanın paytaxtı Berlində şahmat üzrə iddiaçılar turnirinin yeddinci turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Rusiya idmançısı Aleksandr Qrişukla qarşılaşıb.Azərtac xəbər verir ki, oyun heç-heçə yekunlaşıb. Bununla da, azərbaycanlı qrossmeyster görüşdə xalları yarı bölüb. Hazırda onun aktivində 4,5 xal var.Turun digər görüşlərində isə ABŞ şahmatçısı Fabiano Karuana Ermənistan təmsilçisi Levon Aronyana, Sergey Karyakin (Rusiya) Uesli Soya (ABŞ) qalib gəlib. Vladimir Kramnik (Rusiya) – Din Lijen (Çin) qarşılaşmasında şahmatçılar xalları yarı bölüblər.Yeddi turdan sonra azərbaycanlı şahmatçı turnir cədvəlində 2-ci pilləni tutur. ABŞ təmsilçisi Fabiano Karuana 1-ci, rusiyalı qrossmeyster Vladimir Kramnik 3-cü yerdədir.Növbəti turda Ş.Məmmədyarovun rəqibi rusiyalı Sergey Karyakin olacaq.Turnir martın 28-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…