Şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək

3 Aprel 2020 17:52

Xəbər 599 dəfə oxunub

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək.Azərtac xəbər verir ki, yarış www.chess.com internet portalı üzərindən aprelin 5-də saat 17:00-da start götürəcək. İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq yarışda hər gedişə nəzarət vaxtı 3 dəqiqə + 2 saniyədir. Yekunda toplanan xallar əsasında yaş qruplarına görə (7, 9, 11, 13, 15, 17 yaşadək oğlanlar və qızlar) qaliblər müəyyən ediləcək. Yarışın nəticələri 1 gün ərzində elan olunacaq.xeber100.com