Aprelin 20-də hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən şahmat üzrə onlayn superturnirin ikinci turunun ilk görüşləri keçirilib.Azərtac xəbər verir ki, bugünkü iki dueldə Maqnus Karlsen FIDE bayrağı altında çıxış edən Əlirza Firuzca ilə, amerikalı Hikaru Nakamura isə Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gəliblər. Dünya çempionu FIDE-ni təmsil edən iranlı şahmatçıya 2,5:1,5 hesabı ilə qalib gəlib. Qeyd edək ki, bir həftə bundan əvvəl 16 yaşlı Ə.Firuzca M.Karlsen üzərindəki qələbəsi ilə dünyaya səs salmışdı. Digər qarşılaşmada isə H.Nakamura Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib. Hər iki görüşdən qaliblər turnir cədvəlində öz hesablarına 3 xal yazdırıblar, məğlub olan şahmatçılar isə xalsız qalıblar.Hazırda M.Karlsen 5 xalla birinci pillədə qərarlaşıb. H.Nakamura 4 xalla ikincidir. Turnirin digər iştirakçıları fransalı Maksim Vaşe-Laqrav, Liren Dinq və Fabiano Karuana 3 xala malikdirlər. Rusiyalı Yan Nepomnyaşi, Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…