Şahmat üzrə püşkatma mərasimi keçirilib

17 İyun 2017 16:22

Xəbər 1340 dəfə oxunub

Xantı-Mansiyskdə kişilər və qadınlar arasında şahmat üzrə dünya komanda çempionatlarının püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, çempionatların hər birində10 komanda iştirak edəcək. Bu çempionatlara yalnız hazırda dünya çempionu olan komandalar – sonuncu Olimpiadada 1-3-cü yerləri tutan komandalar; dörd qitə çempionları olan komandalar; təşkilatçı ölkənin komandaları: FIDE prezidentinin nominantı olan komandalar qatılırlar.Azərbaycan qadınlardan ibarət komandaların çempionatında təmsil olunub.Azərbaycan komandası birinci turda Polşa yığması ilə qarşılaşacaq. Püşkatmanın nəticələrinə görə, ABŞ-Ukrayna, Hindistan-Gürcüstan, Misir-Vyetnam və Rusiya-Çin görüşləri keçiriləcək.Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə.Sonuncu tur iyunun 26-da keçiriləcək.xeber100.com