Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə təşkil edilən şahmat üzrə onlayn superturnirin bu gün üçüncü turunun növbəti qarşılaşmaları keçiriləcək.Azərtac xəbər verir ki, turun son oyunlarında fransalı Maksim Vaşe-Laqrav çinli Liren Dinq, niderlandlı Aniş Giri rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşacaqlar.Qeyd edək ki, üçüncü turun ilk oyunlarında ABŞ idmançısı Fabiano Karuana ilə qarşılaşan norveçli Maqnus Karlsen ilk iki partiyada qələbədən sonra bir heç-heçə də edərək görüşün taleyini son partiyaya saxlamayıb. Dördüncü partiyadakı heç-heçə qarşılaşmanın yekun hesabını müəyyənləşdirib – 3:1. ABŞ-ın digər nümayəndəsi Hikaru Nakamura isə turnirdə hələ ki, özünü göstərə bilməyən FIDE təmsilçisi Əlirza Firuzcanı 3 partiyaya məğlub duruma salıb – 2,5:0,5. Burada da yalnız hesabı müəyyənləşdirən son partiyanı da qalib başa vuran H.Nakamuranın qələbə hesabı 3,5:0,5 olub. Hər iki cütlükdə qaliblər 3 xal alıblar, məğlublar əliboş qalıblar.Ötən oyunların yekun nəticələrinə görə, M.Karlsen 8 xala malikdir. H.Nakamura 7 xalla ikinci pillədədir. F.Karuananın 5, M.Vaşe-Laqrav və L.Dinqin 4, Y.Nepomnyaşinin 2 xalı var. Ə.Firuzca və A.Giri hələ ki, xalsızdırlar.Qarşılaşmalarda M.Karlsen ABŞ şahmatçısı Fabiano Karuana, Birləşmiş Ştatların digər şahmatçısı Hikaru Nakamura isə FIDE bayrağı altında çıxış edən iranlı Əlirza Firuzca ilə mübarizə aparacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…