Şahmat üzrə “Tata Steel Chess” superturnirində III tura yekun vurulub

16 Yanvar 2018 13:33

Xəbər 1708 dəfə oxunub

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə “Tata Steel Chess” superturnirində III tura yekun vurulub.Azərtac xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti heç-heçəsini edib. 33 yaşlı qrossmeyster turnirdə ikinci heç-heçəsini rusiyalı Maksim Matlakovla edib. Bu nəticədən sonra Ş.Məmmədyarov aktivindəki xalların sayını 2-yə çatdırıb və 3-4-cü yerlərdə qərarlaşıb.Turnirə 2,5 xalla Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) başçılıq edir.xeber100.com