Şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində sonuncu turun oyunları keçiriləcək

22 Aprel 2021 14:47

Xəbər 369 dəfə oxunub

Bu gün Monteneqronun Nikşiç şəhərində şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində sonuncu turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, ilk turdan üstünlüyü əlində saxlayan Azərbaycan şahmatçısı Aydın Süleymanlı qələbənin bir addımlığındadır. Təmsilçimiz sonuncu turda yerli idmançı Marko Krivokapic ilə qarşılaşacaq. Şahmatçımız ötən turların nəticəsinə görə 6 xalla turnir cədvəlinin vahid lideridir.Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.xeber100.com