Şahmat üzrə “Yaz festivalı – 2017” start götürür

18 Mart 2017 08:33

Xəbər 888 dəfə oxunub

Martın 18-də Budapeştdə şahmat üzrə “Yaz festivalı – 2017” start götürür.Azərtac xəbər verir ki, açıq turnirdə 39 ölkədən 156 şahmatçı, o cümlədən 34 qrossmeyster iştirak edəcək.Azərbaycanın idman şərəfini qrossmeyster Nicat Abbasov, beynəlxalq dərəcəli usta Nail Bəşirli, FIDE ustaları Vüqar Əsədli və Abdulla Qədimbəyli qoruyacaqlar.İsveçrə sistemi üzrə keçiriləcək “Yaz festivalı-2017” turniri 9 turdan ibarət olacaq.xeber100.com