Şahmat üzrə yeddinci turun oyunları keçiriləcək

15 Aprel 2019 11:40

Xəbər 640 dəfə oxunub

Bu gün Macarıstanın paytaxtı Budapeştdə şahmat üzrə “Yaz festivalı”nın yeddinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, növbəti turda Azərbaycan şahmatçıları Vüqar Əsədli ukraynalı Vitali Bernadski, Nail Bəşirli israilli Ariel Erenber, Zaur Bayramov isə Hindistan təmsilçisi Racpara Ankitlə qarşılaşacaq.Qeyd edək ki, ötən turu şahmatçılarımız heç-heçə başa vurublar. Altı turdan sonra V.Əsədlinin 4 xalı var. N.Bəşirli və Z.Bayramov hərəyə 3,5 xal toplayıblar.Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı iştirak edir.xeber100.com