Şahmat üzrə yığmanın üzvləri ilə görüş keçirilib

14 Dekabr 2016 12:48

Xəbər 741 dəfə oxunub

Dekabrın 13-də Milli Məclisin gənclər və idman komitəsində şahmat üzrə Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.Azərtac xəbər verir ki, görüşdə komitənin sədri F.Muradov və sədr müavini Ü.Quliyev  idmanın inkişafından və dövlət idman siyasətinin uğurlarından danışıblar.Qeyd edilib ki,son illər ölkəmizdə idmanın digər növləri ilə yanaşı, şahmat da sürətlə inkişaf edir. Ötən il şahmat üzrə Dünya Kuboku yarışının, bu ilin sentyabrında 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda yüksək səviyyədə keçirilməsi bunun bariz nümunəsidir.xeber100.com