Riqada qadın şahmatçılar arasında Avropa çempionatının altıncı turu başa çatıb.Azərtac xəbər verir ki, altı turdan sonra rusiyalı Aleksandra Qoryaçkina və gürcü Nana Dzaqnidze müvafiq olaraq birinci və ikinci yerləri bölüşürlər. Onların hər biri 5 xal toplayıb. On dörd iştirakçı onlardan yarım xal geri qalır.On altı şahmatçı, o cümlədən Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyeva 4 xal toplayıb. Qrossmeysterlər Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və beynəlxalq dərəcəli usta Gülnar Məmmədova 3,5 xal toplayıblar. Günay Məmmədzadənin aktivində 3 xal, Türkan Məmmədyarova, Nərmin Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayevanın hər birinin aktivində 2,5 xal var.Yeddinci turdan sonra iştirakçılara istirahət günü veriləcək.Xatırladaq ki, bu çempionatda 33 ölkədən 146 şahmatçı, o cümlədən FIDE-nin beynəlxalq titullarına sahib olan 125 nəfər iştirak edir.Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilir və 11 turdan ibarətdir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…