Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilib.Qrosmeysterimiz Şəhriyar Məmmədyarov 5-ci turda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Qeyd edək ki, Ş.Məmmədyarovun yer aldığı Makedoniyanın “Alkaloid” komandası bu turda Norveçin “Offerspill Chess Club”unu 5,5:0,5 hesabı ilə məğlub edib.Qrosmeysterlərimizdən Nicat Abasovun təmsil olunduğu İspaniyanın “Silla” komandasının isə İsrailin “Beer Shev” yığması ilə qarşılaşması heç-heçə ilə başa çatıb.Qeyd edək ki, Azərbaycanı Avropa kuboku yarışında təmsil edən “Vüqar Həşimov” komandası 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” yığması üzərində 5,5:0,5 hesablı qələbə qazanıb. Aktivində 7 xal olan komandamız 13-cü pillədən 8-ə yüksəlib. “Silla” 9 xalla liderlər qrupunda mübarizə aparır. “Alkaloid” isə 8 xalla 4-cü yerdədir.Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…