Şahmatçılar arasında dünya çempionatı keçiriləcək

8 Aprel 2022 09:52

Xəbər 390 dəfə oxunub

Bu il iyunun 19-30-da İtaliyada 50 və 65 yaşdan yuxarı şahmatçılar arasında komanda dünya çempionatı keçiriləcək.Bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında məlumat verilib. Qeyd edilib ki, hər komandanın heyəti 4 əsas və 1 ehtiyat oyunçudan ibarət olacaq.Çempionatın mükafat fondu 10 min avro təşkil edir. Hər kateqoriya üzrə ilk 3 yeri tutan komandalara kubok və medallar təqdim ediləcək. Hər lövhədə ilk 3-lükdə qərarlaşan şahmatçılara isə əlavə mükafatlar (kuboklar və medallar) veriləcək.Turnirin birinci mərhələsi iyunun 20-də başlayacaq, qalib isə iyunun 29-da müəyyənləşəcək.xeber100.com