Şahmatçılar arasında dünya çempionatının dördüncü turu keçirilib

21 İyun 2017 11:21

Xəbər 826 dəfə oxunub

20 iyun Xantı-Mansiskdə qadın şahmatçılar arasında komanda dünya çempionatının dördüncü turu keçirilib.Azərtac xəbər verir ki, Azərbaycanı bu turda Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balacayevadan ibarət qadın yığması təmsil edir.Üçüncü turdan sonra Ukrayna və Rusiya komandaları hər biri 6 xal toplayaraq digərlərindən irəlidədir. Gürcüstan və Polşa yığmaları onlardan 1 xal geridədir. Azərbaycan, Çin və Hindistan komandaları hər biri 3 xal toplayıb. Vyetnam komandasının hesabında 2 xal, ABŞ yığmasının hesabında 1 xal var. Misir komandası xal toplamayıb.Dördüncü turnirdə Ukrayna-Vyetnam, Azərbaycan-Çin, Gürcüstan-Rusiya, ABŞ-Misir, Hindistan-Polşa komandaları qarşılaşacaq.Azərbaycan-Çin komandalarının qarşılaşmasında Zeynəb Məmmədyarova – Tszyuy Ventszyun, Günay Məmmədzadə – Tan Çjuni, Gülnar Məmmədova – Çjao Syue və Xanım Balacayeva – Le Tintse qarşılaşacaq.Turnir dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir. Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə üstəgəl 1-ci gedişdən başlayaraq hər gediş üçün 30 saniyə əlavə etməklə partiyanın sonunadək 30 dəqiqə.Sonuncu tur iyunun 26-da keçiriləcək.xeber100.com