Şahmatçılar rapid üzrə seçmə turnirdə iştirak edəcəklər

22 İyun 2021 15:04

Xəbər 386 dəfə oxunub

On səkkiz yaşadək yeniyetmə şahmatçılar rapid üzrə seçmə turnirdə iştirak edəcəklər.Azərtac xəbər verir ki, yarış iyulun 11-14-də keçiriləcək. Turnirdə ilk üç yeri tutan şahmatçılar 2021-ci ilin avqustunda keçiriləcək onlayn dünya çempionatında iştirak etmək hüququ əldə edəcəklər.Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyası tərəfindən keçirilən yarış İsveçrə sistemi üzrə baş tutacaq.xeber100.com