Şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib

27 Yanvar 2023 15:05

Xəbər 317 dəfə oxunub

Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib. Çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylini məğlub edərək üstünlük qazanıb. Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə oynayıb. Bu gün şahmatçılar arasında cavab oyunları keçiriləcək.

Qeyd edək ki, iki oyundan sonra hesab bərabər olarsa tay-brek oynanılacaq.xeber100.com