Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının D qrupunda

28 May 2020 20:30

Xəbər 564 dəfə oxunub

Şahmatın rapid növü üzrə onlayn Avropa çempionatının D qrupunda mübarizə aparan şahmatçılarımız Murad İbrahimli qızıl, Abdulla Qədimbəyli gümüş medal qazanıblar.Azərtac xəbər verir ki, Avropa ölkələrindən reytinqi 2300-ə qədər olan 700-dən çox idmançının mübarizə apardığı D qrupunda M.İbrahimli 7,5 xal, A.Qədimbəyli isə 6,5 xal toplayıb.Xatırladaq ki, çempionatın C qrupunda Azərbaycan təmsilçisi Elnur Mehtiyev uğurla çıxış edərək qalib adını qazanıb. A qrupunda mübarizə aparan şahmatçımız Gülsənəm Ağayeva isə qızların yarışında qızıl medala sahib olub. Qitə çempionatının B qrupunda isə şahmatçılarımız mükafatçılar sırasına düşə bilməyiblər.xeber100.com