“Saint Louis Rapid and Blitz 2021” turniri start götürüb

12 Avqust 2021 11:41

Xəbər 503 dəfə oxunub

ABŞ-ın Sent-Luis şəhərində “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri start götürüb.Azərtac xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin birinci günündə ilk 3 turda mübarizə aparıb. Şahmatçımız birinci turda ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib. İkinci turda rusiyalı Petr Svidlerə qalib gələn Ş.Məmmədyarov üçüncü oyunda vyetnamlı Quaqn Lyem Liyə uduzub.Turnir 9 rapid və 18 blits turdan ibarət olacaq. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edəcək.Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi “Superbet Chess Classic Romania”nın qalibi olub.xeber100.com