Sambo üzrə açıq Bakı çempionatına yekun vurulub

29 Noyabr 2018 14:58

Xəbər 822 dəfə oxunub

Abşeron Olimpiya İdman Kompleksində sambo üzrə açıq Bakı çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, 9 çəki dərəcəsi üzrə keçirilən yarışda “Neftçi İdman Klubu”nun samboçuları uğurla çıxış ediblər. Belə ki, klubun yetirmələri çempionatın 9 qızıl, 4 gümüş və 4 bürünc medalına sahib olublar.Nurlan İsmayılov (52 kq), Mehman Mehdizadə (57 kq), Əkbər Qarayev (62 kq), Fuad Məmmədov (68 kq), Heydər Həşimov (74 kq), Nicat Orucov (82 kq), Qurban Qurbanov (90 kq), Məhərrəm Zeynalov (100 kq) və Nadir Hüseynov (100 kq-dan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com