Sambo üzrə Avropa çempionatına yekun vurulub

25 May 2017 13:38

Xəbər 1290 dəfə oxunub

Minskdə sambo üzrə Avropa çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, çempionatda ölkəmizi 7 idmançı təmsil edib.Sambo Federasiyasının prezidenti C.Məmmədovun rəhbərliyi altında çempionatda iştirak edən millimiz Vətənə iki medalla qayıdıb.Finaladək inamla irəliləyən samboçularımız Ağasif Səmədov (52 kq) və Emil Həsənov (68 kq) qızıl medal uğrunda görüşdə uduzaraq ikinci yerlə kifayətləniblər.Yarışda ölkəmizi hakim kimi Cabir İsmayılov təmsil edib.xeber100.com