Sambo üzrə Azərbaycan birinciliyinin ikinci günündə

14 Fevral 2020 10:38

Xəbər 554 dəfə oxunub

Bakı İdman Sarayında keçirilən sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi davam edir.Azərtac xəbər verir ki, fevralın 14-də – yarışların ikinci günündə gənc samboçular Azərbaycan birinciliyində medalları uğrunda mübarizəyə başlayıblar. Fevralın 15-də isə kişilər ölkə çempionatında güclərini sınayacaqlar.Qeyd edək ki, yarışların birinci günündə yeniyetmə samboçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır.xeber100.com