Şağan Olimpiya İdman Kompleksində SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Əbülfəz Əliyevin xatirəsinə həsr olunmuş sambo üzrə Azərbaycan kuboku keçirilib.Azərtac xəbər verir ki, turnirdə üç yaş qrupu üzrə 600-dək idmançı mübarizə aparıb.Yeniyetmələr (1999-2001), gənclər (1997-1998) və kişilər arasında təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun samboçuları əzmkarlıq göstərərək 34 medala (15 qızıl, 9 gümüş, 10 bürünc) sahib olublar.Yeniyetmələr arasında Nurlan İsmayılov (48 kq), Əlifağa Qənbərov (52 kq), Rəşad Dünyamalıyev (56 kq), Teymur Allahverdiyev (70 kq) və Əli Nəzərli (81 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gənclərdən Sabir Ağayev (48 kq), Eyvaz Baxşıyev (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Bahadur Əsgərov (68 kq), Elçin Sadıqov (90 kq), kişilər arasında isə Ağasif Səmədov (52 kq), Cavidan Qarayev (62 kq), Emin Həsənov (68 kq), Samir Kərimov (74 kq) və Ceyhun Hüseynov (82 kq) eyni uğura imza atıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…