Sambo üzrə ölkə çempionatı və birinciliyi start götürüb

13 Fevral 2020 13:21

Xəbər 552 dəfə oxunub

Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birincilikləri start götürüb.Azərbaycan Sambo Federasiyasından Azərtac-a verilən məlumata görə, yarışların birinci günündə yeniyetmələr, ikinci günündə gənclər, üçüncü günündə isə kişilər mübarizə aparacaqlar.Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışacaq. Yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birinciliklərinə fevralın 15-də yekun vurulacaq.xeber100.com