“Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Çölçü” bədii filmi 5 Qitəni əhatə edərək 37 A və B kateqoriyalı Beynəlxalq Kino Festivallarında iştirak etmiş, bir sıra mükafatlara layiq ğörülmüşdür. Festivallar çərçivəsində iştirak etdiyi ölkələrin siyahısına ABŞ, Almaniya, İngiltərə, Avstraliya, İtaliya, türkiyə, İspaniya, Serbiya, Rusiya, Hindistan, Ukrayna, və b. daxildir. Bundan başqa “Çölçü” filmi 7 alti ən yaxşı Bədii Film mükafatlarına, 3 dəfə ən yaxşı rejissor işinə görə, ən yaxşı ssenari, ən yaxşı qadın oyunçu, münsiflər heyətinin xüsusi mükafatlarəna, yaradıcılıq axtarışlarına görə xüsusi diplom və mükafatlara layiq görülüb. Bu uğurların qzanılmasında başlıca rol oynayan filmin rejissoru Şamil Əliyev xeber100.com saytının qonağıdır. Ürəyi dolu rejissor söhbət əsnasında sadəcə kino dedi, başqa bir şey demədi. Müsahibənin mövzusu Azərbaycan kinosu, kinomuzun dünya ölkələrində necə təbliğ olunması olsa da, söhbətə prezident seçkilərindən başladıq…
– Kinematoqrafçının ölkədə gedən bütün proseslərdə iştirak etdiyini görmək, xüsusilə prezident seçkilrində müşahidəçi qismində görmək maraqlı olduğu qədər də təqdirəlayiqdir. Bu bir daha sübut edir ki, kinematoqrafçı elə özü ən böyük siyasətçidir…
– Prezident seçkilərində müşahidəçi qismində iştirak etmək, hər şeydən öncə mənim vətəndaşlıq borcumdur. Yaradıclıq mənim işimdir, peşəmdir, ancaq vətəndaş kimi də üzərimdə böyük bir məsuliyyət var. Yəni, ölkədə gedən hər bir prosesdə iştirak etmək, Azərbaycanın təbliği üçün çalışmaq və s. Bəli, kinematiqrafçının siyasətdən başı çıxmalıdır, dünyada baş verən siyasi prosesləri izləməlidir, Azərbaycanın dünyada mövcud olan yerini dərk etməlidir. Möhtərəm prezidentimiz çıxışlarının birində deyib: “Bizi maddi, mədəni irsimizdən, kökümüzdən sapdırmağa çalışan qüvvələr var, ancaq biz öz yolumuzla gedəcəyik”. Əgər prezidentimiz belə deyirsə, hər sahənin adamı kimi, ölkənin sənətkarı da ayıq olmalıdır, çünki bu bir liderin öz xalqına verdiyi mesajdır. Bu gün ölkədə hər sahədə olan inkişaf diqqətdən kənarda qala bilməz. Bu günün inkişafı sabahın rifahıdır, gələcəyin təminatıdır. Gələcək nəsil daha rahat yaşamalıdır. Şəxsən mən müşahidəçi olduğum seçki məntəqəsində şahid oldum ki, insanlarımız necə aktivlik göstərdi və necə nümunəvi şəkildə seçkiyə qatılıb səs verdilər. Rusiyadan gələn nümayəndələr də bütün bunların şahidi oldu. Bu görünməmiş hadisədir ki, bir ölkədə 74 faiz seçici seçkiyə qatılır. Başqa ölkələrdə heç 20-25 faiz seçkiyə qatılmır. İlham Əliyev böyük səs topladı, xalq onu prezidentliyə layiq bilir və dəstəkləyir. Çünki İlham Əliyev ölkədə stabillik yaradıb, ölkəmiz gündən-günə inkişaf edir. Azərbaycan çox qurbanlar verib, artıq hamımızın sakit, sülh şəraitində yaşamağa ehtiyacımız var və prezidentimiz də bu şəraiti bizim üçün yaradıb. Bizdən tələb olunan odur ki, yeni nəsli savadlı, tərbiyəli və vətənpərvər yetişdirək. Və hər birimiz öz sahəmizdə Azərbaycan üçün təbliğat xarakterli işlər görək. Bu ölkə bizimdir, ölkənin gələcəyi də elə bizim əlimizdədir, sadəcə olaraq lazımlı, ölkə maraqlarına xidmət edən işlərə imza atmalıyıq.
– Yeri gəlmişkən, “Çölçü” filminiz elə ölkə maraqlarını müdafiə edərək bütün dünyaya səs saldı. Deyəsən, Hindistan səfəriniz daha çox yaddaqalan olub?
– Hindistan qədim mədəniyyətə malik olan ölkələrdən biridir. Bizlər hələ SSRi dövründən Hindistan mədədniyyəti ilə yaxından tanış olmuşuq və müstəqillik illərində bu bağ daha da güclənməyə başlayıb. Bildiyiniz kimi “Çölçü” filmi ötən il Kəlküttə Beynəlxalq Cult Film Festivalının “Qızıl tülkü” mükafatını qazanıb. Mükafatı alarkən orda belə bir çıxışım oldu: “Hindistana gəlmək ən böyük arzum olub. Çünki məhz Hind rejissoru Mrinal Sen quruluş verdiyi “Genezis” filminin təsiri nəticəsində rejissor olmağı qarşıma məqsəd qoymuşam və bu gün həmin rejissorun vətənində mükafat almaq üçün qarşınızdayam. Yaşasın Azərbaycan, yaşasın Hindistan, yaşasın sülhsevər bəşəriyyət”. Doğrudan da hələ orta məktəbi yenicə bitirdiyim zaman bəhs etdiyim filmə baxmışdım ki, nəticədə də filmin mənə olan təsiri kinoya gəlməyimə təkan verib.
HAŞİYƏ: Həyatda təsadüfi heç nə yoxdur. Bir vaxtlar hind rejissorunun çəkdiyi filmin təsiri ilə kinoya gələn Şamil Əliyev illər sonra özünün quruluş verdiyi filmin mükafatını almaq üçün Hindistana yola düşür və orda öyrənir ki, sən demə, həmin rejissor mükafatın təqdim edildiyi Kəlküttə şəhərində yaşayır və onunla görüşmək xoşbəxtliyinə nail olur. Bu görüşü sözlə təsvir etmək, ordakı həyəcanı göstərmək mümkün olmasa da Şamil Əliyev öz həyəcanı ilə həmin təsviri oxucuya çatdrımağımıza şərait yaradır.
– Ümumiyyətlə götürdükdə Hindistanda iki dahi rehissor var ki, ikisi də Kəlküttə şəhərində yaşayıb yaradıb. Onlardan biri Satyajit Ray, digəri isə Mrinal Sen. Mən hər ikisinə, hər iki rejissorun filmlərinə hər zaman böyük zövqlə baxmışam. Çünki hər iki ustad rejissor filmlərində sanki dünya sirlərini açır. Məhz orda öyrəndim ki, Satyajit Ray artıq dünyasını dəyişib, ancaq adına olan muzey var, ancaq Mrinal Sen yaşayır və 94 yaşındadır. Bir sözlə, onunla görüşməyimiz üçün şərait yaradıldı, evinə getdim. Xəstə olmasına baxmayaraq məni evində ayaqda qəbul etdi, ustadın əlindən öpdüm, əlini başıma qoydu, xeyir-dua verirmiş kimi. O əli öpdüm, çünki mənim kino zövqümü formalaşdıran məhz bu əllərin sahibidir və belə yaradıcı əllər öpülməyə layiqdir. Aramızda kiçik dialoq oldu.
Ş. Ə: Sizin quruluş verdiyiniz “Genezis” filminə baxdıqdan sonra kinoya gəldim.
M.S: Filmimə harda baxdınız?
Ş. Ə: Bakıda-Azərbaycan-Qafqaz…
M.S: Tanıyıram.
Ş.Ə: Əvəllər SSRİ-nin tərkibində olmuşuq…
M. S: Onu da bilirəm. Mənim filmlərimdə sizin diqqətiniz çəkən nədir?
Ş.Ə: Siz filmlərinizdə metafizik dəyərlərin sosial kökünü, sosial açarını axtarırsınız.
Bu sözü eşidən rejissor əlimi tutub öpdü. O qədər həyəcanlanmışdı ki, yəni uzaq bir ölkədən gələn, az qala 94 yaşlı rejissorun nəvəsi yaşda olan bir rejissor, yəqin ki, ustadın indiyə kimi eştmək istədiyi fikirləri film üçün səsləndirmişdim. Filmlərimlə maraqlandı, “Çölçü” filminin diskini ona bağışladım, dedi ki, mütləq baxacaq. Bir sözlə, “Çölçü” filmim dünyanın 5 qitəsini gəzdi, dolaşdı, 13 beynəlxalq mükafat aldı. Bəlkə də yeganə Azərbaycan filmidir ki, bu qədər mükafatlara layiq görüldü, bu qədər diqqəti çəkdi. Bütün bunlar hamısı Azərbaycanımız üçündür, bu təbliğat elə Azərbaycanın təbliğatıdır.
– Bu qədər uğurları Azərbaycana gətirən rejissorumuz hələ də üzərində illərdir işlədiyi “Xalı” adlı filmin ssenarisini həyata keçirə bilmir. Bunun hər hansı bir səbəbi var, yoxsa?
– 10 il üzərində işlədiyim “Xalı” tammetrajlı bədii filminin ssenarisini artıq Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmişəm. Filmin ssenarisi bəyənilib, qəbul olunub, sadəcə olaraq maddi-texniki resursları kifayət etmir ki, bu filmi çəkək. “Azərbaycanfilm” kinostudiyası “Xalı” filmini bir layihə olaraq həyata keçirmək gücündə deyil. Başqa ölkələrlə danışıqlar aparmışıq-İtaliyadan, Rumıniyadan, Hindistandan prodüser dəstəyi var, yəni onlar filmin ərsəyə gəlməsi üçün hər cür kömək göstərməyə hazırdılar. Sadəcə olaraq mən bu layihənin həyata keçirilməsi üçün əsas dəstəyi öz ölkəmdə görmək istəyirəm və Azərbaycandan da dəstək vermək istəyənlər var, bu baxımdan da gözləmə mövqeyindəyəm.
– Bu il Azərbaycan kinosunun 120 yaşı tamam olur. Bir çox yerli-yersiz tənqidlərə məruz qalan kinomuzun çox böyük tarixi keçmişi ..
– Kİm nə deyir desin, Azərbaycan kinosu dünən də var idi, bu gün də var, sabah da olacaq, həm də mütləq olacaq. Çünki Azərbaycan kinosunun siz dediyiniz kimi, böyük bir tarixi keçmişi var. Önəmli bir məqam da ondan ibarətdir ki, Azərbaycan kinosunun tarixinin yenilənməsi ulu öndər Heydrə Əliyevin adı ilə bağlıdır. O, kinonun tarixinə öz möhürünü vurdu ki, nəticədə də bizlər 120 illik yubileyi keçirməyə hazırlaşırıq…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…