“Samsung Galaxy S10” smartfonu 2019-cu ilin fevralında Mobil Dünya Konqresində (MWC) təqdim olunacaq.Azərtac xəbər verir ki, bu barədə “Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin məlumat verib. Onun sözlərinə görə, smartfon beşinci nəsil mobil rabitə şəbəkəsini – 5G-ni dəstəkləməyəcək.“5G şəbəkəsi üçün qurğuların hazırlanması davam etdirilir və onlardan biri növbəti ilin martında nümayiş olunacaq”, – deyə o bildirib.Bildirilir ki, şirkət müstəsna olaraq 5G şəbəkəsi üçün nəzərdə tutulan telefon buraxmağı planlaşdırır.“Galaxy S10” smartfonu barədə söz açan istehsalçı nümayəndəsi vurğulayıb ki, smartfona 5G şəbəkəsinin dəstəklənməsi üçün sxemlərin quraşdırılması qeyri-sabit işə və qızmaya səbəb ola bilər.Bundan başqa, Ko Don Cin “Samsung” şirkətinin açılıb-yığılan mobil telefon üzərində çalışması ilə bağlı yayılan şayiələri təsdiq edib. O, həmçinin “Galaxy S” və “Note” istehsal xətlərinin birləşməsi haqqında dolaşan söz-söhbəti təkzib edib. Bildirib ki, “Note” müstəqil qurğu olaraq qalacaq.Şirkət təmsilçisi “Samsung” smartfon istehsalçıları arasında birincilik uğrunda mübarizədə “Huawei” şirkətindən geri qalmaq niyyətində olmadığını da qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…