“Samsung” şirkətinin qabaqcıl smartfonlarının təqdimatı ənənəvi olaraq ayların əvvəlində keçirilir, lakin artıq internetdə “Galaxy S8” qurğusunun hansı funksiyalarla təchiz ediləcəyi barədə məlumatlar yayılmağa başlayıb. “4PDA” resursu xəbər verir ki, bəzi məlumatlara görə, aparatda “Home” düyməsi ləğv ediləcək, barmaq izləri skaneri isə bilavasitə displeyə quraşdırılacaq. Bundan əlavə, ekran bütün üst qatı örtəcək və “Edge” istehsal xəttindən olan modellərdə olduğu kimi, təkcə yan tərəflərə deyil, həm də yuxarı və aşağıya əyiləcək. Həmçinin “Galaxy S8” Cənubi Koreya istehsalçısının ilk ikikameralı smartfonu olacaq. Hazırda isə yeni qurğunun təqdimatının nə vaxt baş tutacağı məlum olub. “Ricciolo” saytı “Twitter” səhifəsində fevralın 26-da Barselonada “MWC 2017” sərgisi çərçivəsində keçiriləcək “Samsung Galaxy Unpacked” tədbirinin elanını yerləşdirib. Elanda “8” rəqəminin yer aldığı açıq göz şəklini görmək mümkündür. Bu, yeni qabaqcıl qurğunun “Galaxy S8” adlandırılmasının, eləcə də “Galaxy Note 7” smartfonunda olduğu kimi, gözün qüzehli qişası skanerinin mövcudluğunun təsdiqi ola bilər. Həmçinin “Galaxy S8”də “Mali-G71” qrafik sürətləndirici ilə yeni “Exynos 8895” prosessorundan istifadə ediləcəyi barədə məlumatlar yayılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…