“Samsung” şirkəti dünyada ilk uzadıla bilən ekran təqdim edəcək. Yeni displey 23-25 may tarixlərində keçiriləcək “SID” (“Society for Information Display”) konfransında nümayiş etdiriləcək.“therunet.com” saytı bildirir ki, indi “Samsung” şirkəti yalnız bir istiqamət üzrə bükülən ekranlar istehsal edir, yeni displeyi isə hər iki istiqamət üzrə istənilən formada əymək, bükmək mümkündür. Ekranın ölçüsü 9,1 düymdür (23 sm), onun səthi 12 mm uzadıla bilər və mobil qurğu və avtomobillərdə tətbiq edilə bilər.Analitiklərin proqnozuna görə, 2022-ci ilədək elastik ekranlar bazarının həcmi 15,5 milyard dollar təşkil edəcək. Ötən il bu göstərici 3,7 milyard dollar olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…