ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan şahmat turniri keçirilib.Baş konsulluqdan Azərtac-a bildiriblər ki, “Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turnirin bundan sonra hər il 28 may – Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur.San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir.Dörd turdan ibarət olan turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50 şahmatçı altı bölmədə mübarizə aparıb.Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr təqdim olunub.Turnirin iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müsəlman dünyasında ilk dünyəvi respublika olması, Azərbaycanın 1991-ci ildən bəri keçdiyi müstəqillik yolu, əldə etdiyi nailiyyətlər, ölkəmizdə şahmatın inkişafı barədə məlumat verilib, kitabçalar paylanılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…