Avqustun 11-dən 18-dək azərbaycanlı məktəblilərin böyük bir qrupu Sankt-Peterburq şəhərində tədris-maarifləndirmə səfərində olacaq. Səfər Rusiyanın Azərbaycandakı səfirliyinin və “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyinin təşkil etdiyi “Salam, Rusiya!” layihəsi çərçivəsində reallaşacaq. İştirakçıların hamısı rus dili, Rusiya tarixi və mədəniyyəti üzrə müxtəlif layihə və müsabiqələrin qalibləridir. Azərtac Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin saytına istinadla xəbər verir ki, Bakıda səfərə hazırlıq çərçivəsində artıq məktəblilər və onların valideynləri ilə təşkilati məsələlərə dair görüş keçirilib. İştirakçılar nümayəndə heyətinin rəhbərləri, səfərdə iştirak qaydaları və proqramla tanış olublar. Sankt-Peterburqda məktəbliləri maraqlı ekskursiya və görüşlər gözləyir. Onlar Rusiya və “şimal paytaxtı” haqqında yeni məlumatlar əldə edəcəklər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…