Qadın voleybolçular arasında CEV kubokunun final mərhələsi üçün Rusiyaya yollanan “Qalatasaray” ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız “Dinamo” ilə qarşılaşmaq üçün Krasnodara gəlməli olan “sarı-qırmızı”lara limit tətbiq ediblər.
Belə ki, komandaya cəmi 30 viza verilməsi qərara alınıb. Sonradan isə “Qalatasaray”ın prezidenti Dursun Özbək və klub rəsmiləri də həlledici oyunu canlı izləmək istəyinə düşsə də, ruslar onların arzusunun üstündən xətt çəkiblər. Nəticədə komanda rəhbəri Krasnodara yollana bilməyib.
Rusiya tərəfi bunu yeni viza aça bilməməkləri ilə əsaslandırıb.
Qeyd edək ki, Türkiyədə baş tutan matçda “Qalatasaray” 3:2 hesabı ilə qalib gəlib. Oyundan sonra azarkeşlərlə “Dinamo” voleybolçuları arasında gərginlik də yaşanıb və Krasnodar təmsilçisi CEV-ə şikayət edib. Cavab matçı isə aprelin 2-də olacaq.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…