Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkəti 2019-cu ilin birinci yarısının nəticələrinə görə dünyanın ən gəlirli şirkəti olub.Milli.az istinadən bildirir ki, şirkətin xalis gəlirlərinin 46,9 milyard dollara qədər (12 faiz) azalmasına baxmayaraq, “Saudi Aramco” ən gəlirli neft şirkətidir. İlin birinci yarısında onun ümumi gəliri bir il bundan əvvəlki 167,68 milyard dollardan 163,88 milyard dollara qədər aşağı düşüb. Bununla belə, “Saudi Aramco”nun gəliri dünyanın digər iri neft korporasiyasının gəlirlərindən dəfələrlə çoxdur.”Saudi Aramco” şirkətinin Baş direktoru Amin Naser bildirib ki, 2019-cu ilin birinci yarısında neftin qiymətinin bir qədər aşağı düşməsinə baxmayaraq, şirkət sabit gəliri və güclü azad pul axınını təmin etməyə davam edib. Qeyd olunub ki, gəlirin azalması əsasən neftin orta satış qiymətinin bir barel üçün 69 dollardan 66 dollara enməsi ilə əlaqədardır.Şirkətin 2019-cu ilin altı ayında neft hasilatı sutkada 10 milyon barel təşkil edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…