Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” neft istehsalını vaxtından əvvəl məhdudlaşdırır.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, “Saudi Aramco” mayın 1-dən qüvvədə olacaq “OPEC+” sazişindən öncə bu həftənin əvvəlindən neft hasilatını azaltmağa başlayıb. “Aramco” gündəlik hasilatını 12 milyon barreldən 8,5 milyon barrelə endirir. Ehtimal ki, şirkət mayın 1-dən öncə istehsalını sutkada 8,5 milyon barrelə salacaq.Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…