“Sauthempton” futbol klubu yeni müqavilə imzalayıb

26 Oktyabr 2017 14:29

Xəbər 880 dəfə oxunub

“Sauthempton” futbol klubunun baş məşqçisi Klod Pyuel “Lester” ilə müqavilə imzalayıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, fransalı mütəxəssislə 2020-ci ilədək müqavilə imzalanıb. “Lester” “Everton” ilə oyuna Klod Pyuelin rəhbərliyi altında çıxacaq.Daha əvvəl klub rəhbərliyi komandanın uğursuz çıxışına görə baş məşqçi Kreyq Şekspiri istefaya göndərmişdi. Kreyq Şekspirin gedişindən sonra “Lester” Maykl Eppltonun rəhbərliyi altında iki oyun keçirib.Qeyd edək ki, “Lester” İngiltərə çempionatında 9 turdan sonra 9 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.xeber100.com