Dünyada münaqişə zonalarında böyüyən uşaqların sayı getdikcə artmaqdadır. Bu barədə məlumat beynəlxalq “Save the Children” qeyri-hökumət təşkilatının hesabatında yer alıb.Azərtac xəbər verir ki, hesabatda Yer kürəsində təxminən 357 milyon uşağın, yəni, hər altı uşaqdan birinin böhran və müharibə regionlarında yaşadığı qeyd olunub. Bu isə ötən əsrin 90-cı illərinin əvvəli ilə müqayisədə 75 faiz artım deməkdir.Hesabatı təqdim edən təşkilatın rəhbəri, Danimarka hökumətinin keçmiş rəhbəri Helle Torning-Şmidt bildirib ki, dünyanın bir sıra regionlarında ölüm, işgəncə, cinsi zorakılıqla qarşılaşmalı olan uşaqların evləri, məktəb və oyun sahələri bu gün döyüş meydanlarına çevrilib. Hesabatda qeyd edilən uşaqların tam yarısı xüsusilə ağır münaqişə zonalarında (Suriya, Əfqanıstan, Somali) yaşayırlar. Fiziki və cinsi zorakılıqla yanaşı, uşaqların əsgər kimi müharibələrə səfərbər edilməsi də ən acınacaqlı problemlər sırasındadır.2010-cu ildən bəri münaqişələrdə ölən və ya yaralanan uşaqların sayında 300 faiz artım müşahidə olunub. Bununla yanaşı, döyüşlərin daha çox əhalinin sıx yaşadığı ərazilərdə baş verməsi uşaqlara humanitar yardımların göstərilməsini də çətinləşdirib. Həmçinin silahlı münaqişələrin müddətinin əvvəlki dövrlərlə müqayisədə uzanması vəziyyətin daha da dramatikləşməsinə gətirib çıxarır.1919-cu ildə İsveçrənin Sürix şəhərində yaradılan “Save the Children” qeyri-hökumət təşkilatı dünyada uşaqların hüquqlarını müdafiə edən ən böyük müstəqil qurumlardan biridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…