Azərbaycanda 40-dan çox İsveçrə kapitallı şirkət fəaliyyət göstərir. Son 10 ildə İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 550 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu fikirlər İsveçrənin Vintertur şəhərində “Şaxələndirilən iqtisadiyyatda ticarət və investisiya imkanları” mövzusunda keçirilən İsveçrə-Azərbaycan biznes forumunda səsləndirilib. Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Biznes-forumda Azərbaycan və İsveçrə tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib. Niyazi Səfərov Azərbaycan iqtisadiyyatı, son zamanlar ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə geniş məlumat verib. Nazir müavini Azərbaycan-İsveçrə əlaqələrinin uğurla inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycanda 40-dan çox İsveçrə kapitallı şirkət fəaliyyət göstərir. Son 10 ildə İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 550 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Niyazi Səfərov isveçrəli iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanaraq müxtəlif sahələrə investisiya yatırmağa dəvət edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İsveçrənin bir sıra sənaye, xüsusilə əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətləri ilə görüşlər keçirib, əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd edək ki, İsveçrə-Azərbaycan biznes forumunun keçirilməsi barədə bu ilin mart ayında Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasında razılıq əldə edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…