“Selta” komandasının baş məşqçisi istefaya göndərilib

2 Noyabr 2022 10:44

Xəbər 350 dəfə oxunub

İspaniyanın “Selta” komandasının baş məşqçisi Eduardo Koudet istefaya göndərilib.Argentinalı mütəxəssislə müqaviləyə uğursuz nəticələr səbəbindən xitam verilib.O, 2020-ci ilin noyabrından La Liqa təmsilçisinə rəhbərlik edirdi.Qeyd edək ki, “Selta” hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.xeber100.com