Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə növbəti seminar-müşavirə sentyabrın 15-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) keçirilib. Azərtac xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə hər iki qurumun məsul nümayəndələri, BŞBPİ-nin və paytaxtın polis idarələrinin, habelə şimal bölgəsi üzrə polis orqanlarının əməkdaşları, Bakıda və rayonlarda fəaliyyət göstərən dairə seçki komissiyalarının sədrləri iştirak ediblər. Tədbirdə DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi Əziz Baqişev referendumun keçirildiyi gün ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrinə dair məruzə ilə çıxış edib. Bildirilib ki, ümumxalq səsverməsinin sabitlik və əmin-amanlıq şəraitində keçirilməsi üçün daxili işlər orqanlarının qarşısına qoyulmuş vəzifələrin nümunəvi şəkildə yerinə yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, bu mühüm dövlət tədbirinin ölkə qanunvericiliyinin tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsində, səsvermə günü vətəndaşların öz iradəsini sərbəst və azad ifadə etməsində mühüm amillərdən biri də ictimai asayişin etibarlı qorunmasıdır. Seçki kampaniyası dövründə və seçki günü vətəndaşların qanunla müəyyən olunmuş hüquqlarının pozulması, seçki komissiyalarına və onların üzvlərinə təzyiq və təsir göstərilməsi, habelə digər hüquqazidd hərəkətlərin aradan qaldırılması ilə bağlı aidiyyətı dövlət qurumları ilə yanaşı, daxili işlər orqanları qarşısında da mühüm vəzifələr durur. Bu məqsədlə seçkilərlə əlaqədar asayişin mühafizəsi, ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən təsdiq edilən xüsusi tədbirlər planının icrası nəzarətə götürülüb. Sonra MSK-nın nümayəndələri İlham Məmmədovun və Samir Tağıyevin məruzələri dinlənilib. Seminar-müşavirənin sonunda iştirakçıların sualları cavablandırılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…