Serbiyada təşkil olunacaq sambo üzrə dünya çempionatı azarkeşsiz keçiriləcək

3 Noyabr 2020 14:43

Xəbər 440 dəfə oxunub

Serbiyada təşkil olunacaq sambo üzrə dünya çempionatı azarkeşsiz keçiriləcək.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov məlumat verib.O, qeyd edib ki, turnir zamanı sosial məsafə qaydaları nəzərə alınmaqla bütün təhlükəsizlik tədbirlərinə əməl ediləcək. Təşkilat Komitəsi idmançıların xəstəlik riskini minimuma endirmək üçün bir sıra tədbirlər həyata keçirəcək.Dünya çempionatı noyabrın 5-dən 8-dək Serbiyanın Novi-Sad şəhərində keçiriləcək.xeber100.com