“Sevilya” futbol klubunun baş məşqçisi məlum olub

24 May 2019 15:36

Xəbər 558 dəfə oxunub

“Sevilya”nı yeni mövsümdə çalışdıracaq baş məşqçi məlum olub.
Milli.az xəbər verir ki, La Liqa təmsilçisi Eusebio Di Françesko ilə razılıq əldə edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. 49 yaşlı mütəxəssisin təyinatının növbəti həftə açıqlanacağı bildirilir.Françesko son olaraq “Roma”nı çalışdırıb. Martda vəzifəsindən göndərilən italyan mütəxəssis ondan sonra işsiz idi.”Sevilya”da bir müddət əvvəl baş məşqçi Xoakin Kaparossla yolların ayrıldığı açıqlanmışdı.xeber100.com