“Sevilya”nın futbolçusu karyerasını “Başakşehir”də davam etdirəcək

3 Fevral 2023 14:44

Xəbər 351 dəfə oxunub

“Sevilya”nın futbolçusu Adnan Yanuzay karyerasını “Başakşehir”də davam etdirəcək. Belçikalı yarımmüdafiəçi cari mövsümün sonunadək icarə əsasında İstanbul təmsilçisində oynayacaq.

Qeyd edək ki, Yanuzay 2022-ci ilin avqustunda İspaniya klubuna transfer olunub. O, bu komandada 6 matçda meydana çıxıb.xeber100.com