Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) Yer Elmləri Bölməsi və Elmi-Texniki Şuranın birgə iclası keçirilib.Mərkəzin informasiya şöbəsindən Azərtac-a bildiriblər ki, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən iclasda RSXM-in cari il ərzində apardığı elmi və elmi-istehsalat işlərinin nəticələrinə dair hesabatı müzakirə edilib. İllik hesabatı mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli təqdim edib. Baş direktor çıxışı zamanı bildirib ki, mərkəzin bütün şöbələri üzrə illik məlumatlar təqdim edilib və yekun hesabat həmin nəticələr əsasında hazırlanıb. Mərkəzdə tədqiqatların üç istiqamətdə aparıldığını deyən Q.Yetirmişli seysmoloji tədqiqatların nəticəsi haqqında məlumat verib. O, il ərzində hesabat gününə qədər 8934 yeraltı təkanın qeydə alındığını qeyd edib. Onlardan 3642 yerli, 2087 yaxın və 3205 uzaq zəlzələlərdir. İl ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 78 yeraltı təkan qeydə alınıb və onlardan 26-sı hiss olunan zəlzələlərdir.Baş direktor onu da əlavə edib ki, ötən ilə nisbətən 2017-ci il ərzində zəlzələlərin sayı azalıb, ayrılan seysmik enerjinin miqdarı isə artıb. Azərbaycan ərazisində baş vermiş zəlzələlərin dərinlikləri 2-40 kilometr təşkil edib. Baş vermiş zəlzələlərin dərinliklərinin 40-62 kilometrə qədər artması onun Xəzər akvatoriyasına keçməsi ilə əlaqədardır.Hesabat ili ərzində ən güclü yeraltı təkan Ağdam ərazisində baş verib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…