SGS şirkəti yoxlamanın nəticələrini açıqlayıb

20 Mart 2018 18:00

Xəbər 1020 dəfə oxunub

İsveçrənin SGS şirkəti 2017-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, şirkət bununla bağlı təbrik məktubu göndərib.Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundu. Həmçinin o da vurğulanıb ki, Lisenziyalaşdırma qrupu 2018-19-cu il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.xeber100.com