Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2017” şahmat turnirinin altıncı turuna start verilib.Azərtac xəbər verir ki, altıncı turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov rusiyalı Vladimir Kramnik, Teymur Rəcəbov isə polşalı Radoslav Voytaşek ilə qarşılaşır.Digər görüşlərə gəlincə, ingiltərəli Maykl Adams Hindistan təmsilçisi Pentala Harikrişna, Bolqarıstan şahmatçısı Veselin Topalov ukraynalı Pavel Elyanov, ABŞ təmsilçisi Uesli So isə Sergey Karyakin (Rusiya) ilə münasibətlərinə aydınlıq gətirir.Beş turdan sonra Ş.Məmmədyarov 3,5 xalla turnir cədvəlinin vahid lideridir. P.Elyanov və M.Adams 3 xalla 2-3-cü yerləri bölüşürlər. V.Topalov, V.Kramnik, U.So və S.Karyakinin hesabında 2,5 xal var. R.Voytaşek və T.Rəcəbov 2 xalla 8-9-cu pillədə yer alıblar. P.Harikrişna isə 1,5 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…