Azərbaycanın məhrum şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess” super turnirinin iştirakçıları və keçiriləcəyi vaxt müəyyənləşib.Azərtac xəbər verir ki, turnir aprelin 18-dən 28-dək Şəmkirdə keçiriləcək. Ümumilikdə 10 şahmatçının qatılacağı yarış dairəvi sistem üzrə 9 turdan ibarət olacaq. “Shamkir Chess-2018”də hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, eks-dünya çempionu rusiyalı Vladimir Kramnik, güclü hollandiyalı şahmatçı Aniş Giri, çinli Dinq Liren, bolqarıstanlı Veselin Topalov, daha bir rusiyalı Sergey Karyakin mübarizə aparacaqlar. Yarışda Azərbaycanı hazırda dünya reytinqində ikinci olan Şəhriyar Məmmədyarov, beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Rauf Məmmədov təmsil edəcəklər.Xatırladaq ki, sonuncu iki “Shamkir Chess” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…