“Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək

20 Sentyabr 2022 15:00

Xəbər 605 dəfə oxunub

Sabah Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess-2022” beynəlxalq şahmat turnirinə start veriləcək.Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess-2022” beynəlxalq şahmat turniri sentyabrın 24-dək Şuşadakı “Qarabağ” otelində təşkil olunacaq. Sabah turnirin açılış mərasimi saat 14:00-da başlayacaq. Açılışdan sonra yarışın püşkatma mərasimi baş tutacaq.Açılış mərasimindən sonra ilk turun görüşləri keçiriləcək. Turnir iki kateqoriyada – kişilər və qadınlar arasında təşkil olunacaq. İştirakçılar rapid və blits üzrə yarışacaq. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.“Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.Xatırladaq ki, “Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.xeber100.com