Azərbaycanın sığorta şirkətləri tibbi sığorta üzrə xidmətlər göstərmək üçün özəl klinikalardan güzəştlər tələb edir. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında bu barədə məlumat verib. Onun sözlərinə görə, mövcud məsələ bu gün səhər saatlarında Dövlət Sığorta Nəzarəti Xidmətinin sədri Namiq Xəlilovun da iştirak etdiyi sığorta şirkətlərinin rəhbərləri ilə görüşdə müzakirə olunub: “Biz sığorta şirkətlərinin tibbi sığorta üzrə xərcləri necə azalda biləcəyini, eləcə də bu sığorta növü üzrə xidmətlərin göstərilməsi formatınının dəyişdirilməsi imkanını müzakirə etdik”.
O.Bayramov dərman qiymətlərinin artmasına görə tibbi xidmətlər üzrə qiymətləri artırmağı düzgün hesab etmir: “Bütün tibbi xidmətlər dərmanlarla bağlı deyil, buna görə də özəl klinikaların göstərdikləri xidmətlərin qiymətini artırması düzgün deyil, axı bütün digər xərclər, məsələn, elektrik enerjisi və ya vergi xərcləri onlar üçün əvvəlki kimi qalıb”.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…